Haqqımda

Bağırzadə Nərmin

Bardaq6li kabinetinin qurucusu və müəllifi.

Bağırzadə Nərmin — Bardaq6li

Salam, mən Nərmin Bağırzadə.

Mən Tarot, Numerologiya və Taleh Matrisası üzrə fərdi seanslar edir, analizlər hazırlayıram. Bu sahəyə olan marağım 2020-ci ilin əvvəlləri özümü daha dərindən tanımaq istəyimlə başladı və zaman keçdikcə bu maraq peşəkar fəaliyyətimə çevrildi.

İnanıram ki, hər insanın özünəməxsus enerji xəritəsi və həyat yolu var. Doğum tariximiz, şəxsi potensiallar və simvollar bizə xarakterimizi, münasibətlərimizi, karyera istiqamətimizi və həyat dərslərimizi daha yaxşı anlamağa kömək edə bilər. Mən də seanslarda bu metodlardan istifadə edərək sizə daha aydın baxış bucağı təqdim etməyə çalışıram.

Sizinlə bölüştüyüm hər fikir standart şablonlardan ibarət deyil. Hər analiz tamamilə fərdi şəkildə hazırlanır və suallarınıza, həyat vəziyyətinizə və enerjinizə uyğun şəkildə izah olunur. Seans zamanı sevgi həyatı, karyera, maliyyə, şəxsi inkişaf, karmik dərslər, güclü tərəflər və qarşıdakı ehtimallar kimi mövzular ətraflı şəkildə dəyərləndirilir.

«Bardaq6li» adı təsadüfi seçilməyib. Bu ad Tarot kartlarındakı «Kupa 6-lısı» kartının Azərbaycan dilindəki qarşılığıdır. Mənim üçün dostluğu, sədaqəti, ailə birliyini, xoş xatirələri, harmoniyanı və birlik hissini simvolizə edir. Məhz bu dəyərləri ifadə etdiyi üçün bu adı seçmişəm və fəaliyyətimi bu ad altında davam etdirirəm.

Məqsədim gələcəyi qəti şəkildə proqnozlaşdırmaq deyil, sizə öz seçimlərinizi daha şüurlu etməyə, daxili potensialınızı kəşf etməyə və həyat yolunuzda daha inamla irəliləməyə dəstək olmaqdır.

Əgər siz də özünüzü daha yaxından tanımaq, həyatınızdakı hadisələrə fərqli prizmadan baxmaq və fərdi analiz əldə etmək istəyirsinizsə, mən sizə bu yolda məmnuniyyətlə bələdçilik edərəm.

Dəyərlərim

İş prinsipim sadədir

Sakit yanaşma

Seanslar heç vaxt qorxu üzərində qurulmur. Ən çətin mövzu belə mehriban dildə açıla bilər.

Tam məxfilik

Verdiyin hər söz, hər tarix, hər sual yalnız bizim aramızda qalır. Bu, danışılmayan qaydadır.

Dürüst istiqamət

Xoşuna gələn cavabı deyil, kartların və rəqəmlərin dediyini olduğu kimi çatdırıram.

Yüngül dil

Ezoterik anlayışları mürəkkəb terminlərin arxasında gizlətmirəm — hər şeyi sənin dildə, aydın və səmimi şəkildə izah edirəm.

Hazırsansa, birlikdə başlayaq.

İlk addım həmişə ən çətinidir. Ondan sonra hər şey öz axarı ilə gedir.